[b]Sığorta hadisələrinin reyestri formalaşdırılacaq[/b]
“Yeni qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova söyləyib.
İ.Qədimova deyib ki, məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir: “Məsələn, bu il sığorta haqqını ödəyə bilməyən fermerlərə növbəti il sğrora haqqı ödəməsi imkanı yaradılacaq. Əvvəlki qanunvericilkidə də dövlətin aqrar sığortaya dəstəyi əks olunmuşdu. Yeni mezanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq. Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlərin onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər. Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. O cümlədən hətta yolxucu xəstəliklər və zəhərlənmələr də aqrar sığorta sahəsində risklər kimi qiymətləndiriləcək”.
Millət vəkili Vahid Əhmədov mətbuatda kənd təsərrüfatı sahəsində sığorta haqlarının ümumilikdə dövlət tərəfindən ödəniləcəyi barədə məlumatlar yayıldığınl və bu fikirlərin anlaşılmaz olduğunu qeyd edib: “Dövlətin bu sahədə yükü tamamilə üzərinə götürməsinin mümkün olmadığını qeyd edib”.
Millət vəkili Əli Məsimli qeyd edib ki, normal sığorta sistemi yaradılsa, kənd təsərrüfatına daha çox sərmayə qoyular: “2002-ci ildə aqrar sığorta haqqında qanunu yeni qanununla müqayisə etsək, yalnız bir-iki məqam fərqlidir. Bəs köhnə qanun niyə işləmədi? Ona görə də yeni qanunun işləməsinə nail olmağa çalışılmalıdır. Digər tərəfdən, kənd təsərrüfatında sığorta könüllü, yoxsa icbari olacaq? Layihədə bu, əksini tapmayıb. Həm də qanun layihəsi elə şriftlərlə yazılıb ki, oxumaq da mümkün deyil. Adətən, bank müqavilələrini belə yazırlar ki, insanlar oxuya bilməz”.
Ə.Məsimli 800 mindən çox kiçik fermerlə bağlı məsələyə həssas yanaşılmalı olduğunu vurğulyaıb: “Dolu yağanda mütəxəssislər bilirlər ki, hansı rayonda kənd təsərrüfatına necə zərər dəyib. Tutaq ki, əgər dəymiş zərərin 10 faizi ödəniləcəksə, bu qanun da işləməyəcək”.
Millət vəkili Rüfət Quliyev Kənd Təsərrüfatı Nazirliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə işləməyi tövsiyyə edib.
Millət vəkili Xanhüseyn Kazımlı Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb: “Tutaq ki, işğalçının artilleriya atəşindən taxıl sahəsi yandı. Bu halda sığortanı kim ödəyəcək?”
Komitə sədri Ziyad Səmədzadə birinci ildə qanunun tətbiqi üçün nə qədər vəsait tələb olnacağı ilə maraqlanıb.
İ.Qədimova bildirib ki, qanunun qəbulundan sonra sığorta hadisələrinin reyestri formalaşdırılacaq: “Statistik məlumatlar toplanmalı və elektron sistemdə yer almalıdır ki, biz sahibkara dəyən zyianı dəqiq müəyyənləşdirək, mülahizə əsasında yox”.
Komitə sədri Ziyad Səmədzadə xaricdən dəvət edilən mütəxəssisələr görə nə qədər vəsait lazım olmasının hesablanmalı olduğun vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən yerli mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayırılmalı olduğunu vurğulyaıb: “Nə qədər insanların heyvanları canavarlar parçaldayıb? Yaxud nə qədər məhsul sahələri yanıb? Bu baxımdan aqrar sığorta sisteminin qurulması vacibdir ”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
791