![[b]Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir[/b]
0
0
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.
Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.
0
0