[b]Bu şəxslərə diplomatik pasport veriləcək[/b]
08 may 2017 11:05 (UTC +04:00)

[b]Bu şəxslərə diplomatik pasport veriləcək[/b]

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.

 

APA-nın məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir.

 

Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.

 

Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

APA Baycan

Oxşar yazılar