[b]"Azərbaycan intensiv və substantiv danışıqları dəstəkləyir" -[/b] XİN
11 iyul 2018 10:45 (UTC +04:00)

[b]"Azərbaycan intensiv və substantiv danışıqları dəstəkləyir" -[/b] XİN

"Bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

 

H.Hacıyev bildirib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

APA Baycan

Oxşar yazılar