[b]“Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir” - Malena Mard[/b]
28 aprel 2016 11:54 (UTC +04:00)

[b]“Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir” - Malena Mard[/b]

“Avropa İttifaqı bütün münaqişələrin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir”.

 

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə istinadən Dağlıq Qarabağda hazırkı status-kvonun tərəflər üçün əlverişli olmadığını və daimi xarakter daşımadığını söyləyib: “Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Minsk Qrupunun da səylərini dəstəkləyirik. Avropa İttifaqının prioritetlərindən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun işinə dəstək olaq”.

 

M. Mard əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanda səfərdə olub. O, Ermənistana da səfər edəcək. Avropa İttifaqı yenə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün vasitələrə əl atacaq. Avropa Parlamentində xanım Mogerininin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu, bir daha göstərir ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllində Minsk Qrupu həmsədrlərinin səylərinə dəstək verir”.

 

M. Mard qeyd edib ki, atəşkəsin pozulmaması çox vacibdir: “Biz çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”.

# 193
avatar

APA Baycan

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08