![[b]“Aİ-nin ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək” - Səfir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Aİ-nin ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək” - Səfir[/b]
“Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq”.
APA-nın məlumatına görə, bunu bu gün Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” adlı ikinci panel iclasında çıxış edən Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov bildirib.
F. İsgəndərov Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu söyləyib: “Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, artıq çox şey dəyişib. Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir”.
Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51