“Zamanı gələndə bizə güvənə bilərsiniz” - AÇIQLAMA
28 yanvar 2013 13:46 (UTC +04:00)

“Zamanı gələndə bizə güvənə bilərsiniz” - AÇIQLAMA

“Zamanı gələndə Azərbaycan bizə güvənə bilər. Bunu heç bir tərəddüdsüz deyirəm”. Bu sözləri lent.az-ın İslamabada ezam olunmuş əməkdaşı ilə söhbətində Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi bildirib. Cənab Kundi qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini iki dost ölkələrimiz arasında dostluq münasibətlərin əyani göstəricisidir. Mehriban Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olması Pakistanın böyük qızı Benazir Bhuttonun ideyaları ilə üst-üstə düşür. “Biz, Pakistanla Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrini daha da genişləndirməli, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etməsinə nail olmalıyıq”.

 

Cənab Kundi Qarabağ probleminə də toxunaraq qeyd edib ki, Azərbaycan öz torpaqlarını mütləq azad edəcək. Və dost Pakistan xalqı Azərbaycanın yanındadır. “Bilin ki, zamanı gələndə Azərbaycan bizə güvənə bilər”.

 

Həmsöhbətimiz bir qədər əvvəl Pakistanda, xüsusən də İslamabada keçirilən kütləvi etiraz aksiyaları  nəticəsində ölkənin baş naziri Pərviz Rəca Əşrəfin istefasından sonrakı siyasi vəziyyətə də toxunub. O, bildirib Pakistan demokratik dövlətdir və demokratik prinsiplərə həmişə sayğısını nümayiş etdirib. “Qarşıdan parlament seçkiləri gəlir. Pakistan xalqı yenidən səsverməyə gedib öz seçimini edəcək. Baş verən son hadisələrdən sonra yaranan vəziyyəti isə qətiyyən siyasi böhran kimi qiymətləndirmirəm”, - deyə Kundi bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1454
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar