"The Buisness Year” jurnalının mükafatları təqdim olundu  - <span style="color:red;">YENİLƏNİB
15 may 2014 11:35 (UTC +04:00)

"The Buisness Year” jurnalının mükafatları təqdim olundu - YENİLƏNİB

Bakıda Böyük Britaniyanın “The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimi keçirilir. 

 

APA-nın məlumatına görə, təqdimat Azərbaycan Prezident Administrasiyasının və “The Buisness Year” jurnalının təşkilatçılığı ilə baş tutub.


Təqdimatda Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, “The Buisness Year” jurnalının regional direktoru Betül Çakaloğlu, energetika naziri Natiq Əliyev, deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
 

Jurnalın bu nəşrində Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.
 

Daha sonra “The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təsis etdiyi mükafatlar təqdim olunub.

 

​Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı təqdim edilib.

 

 “İlin beynəlxalq dialoqu” mükafatı Avropa Azərbaycan Cəmiyyətinə təqdim olunub. Mükafat cəmiyyətin sədri Tale Heydərova təqdim olunub.

 

Bundan başqa ARDNŞ “İlin xarici investoru”, “Paşa Bank” “İlin korporativ bankı”, “İlin aviaşirkət rəhbəri” AZAL-ın baş direktoru Cahangir Əsgərov, “İlin ixracatçısı” “Azərsun Holding”, “İlin mobil internet provayderi” “Bakcell” şirkəti, “İlin infrastruktur yeniliyi” “AzVirt” şirkəti, “Vətəndaş cəmiyyəti sahəsində nailiyyət” “Kaspi” Təhsil Mərkəzi, “İlin investoru” “Bakıgəmiqayırma” və “İlin sənaye şirkəti” “Norm Sement” şirkəti seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Oxşar yazılar