“Dağlıq Qarabağda Azərbaycana məxsus milli mədəniyyət abidələri dağıdılıb”
31 oktyabr 2013 11:19 (UTC +04:00)

“Dağlıq Qarabağda Azərbaycana məxsus milli mədəniyyət abidələri dağıdılıb”

“Bu gün məyusedici məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsidir”.


 

APA-nın məlumatına görə, bunu üçüncü Bakı Beynəlxalq Forumunda İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri bildirib.

 

İSESCO baş direktoru qeyd edib ki, Dağlıq Qarabağda Azərbaycana məxsus milli mədəniyyət abidələri dağıdılıb: “Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bununla yanaşı, Fələstin məsələsi də həll olunmamış qalır. Təhlükəsizlik Şurası öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir. Münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə müsəlman ölkələrində gedir. Bu, insan inkişafını və beynəlxalq təhlükəsizliyi hədələyən bir məsəllədir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar