“Təxribatlar hər zaman Ermənistan tərəfindən olur” -  Hikmət Hacıyev
11 mart 2022 21:02 (UTC +04:00)

“Təxribatlar hər zaman Ermənistan tərəfindən olur” - Hikmət Hacıyev

"Təxribatlar hər zaman Ermənistan tərəfindən olur".

Lent.az-ın xəbərinə görə, bunu APA-ya Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, son zamanlarda da müəyyən bir gərginliklərin yaradılması kimi halları müşahidə etməkdəyik:

"Bizim Ermənistanla sülh müqaviləsinə dair təkliflərimiz masanın üzərindədir. Ermənistan qərar qəbul etməlidir. Amma bunun Ermənistan tərəfindən qəbul edildiyinə şahid olmuruq". 

Prezidentin köməkçisi bir daha Azərbaycanın hər zaman təmaslara, danışıqlara açıq olduğunu bəyan edib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər:

"Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var. Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar