Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi: "Yalandır, təxribatdır! " -YENİLƏNİB
03 iyul 2024 14:53 (UTC +04:00)

Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi: "Yalandır, təxribatdır! " -YENİLƏNİB

VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayılıb.

İddia olunur ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Lent.az modern.az-a istinadən xəbər verir ki, deputat Siyavuş Novruzov bu məlumatı təkzib edib:

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

 

 

***

13:19

 

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.

Lent.az-ın xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

Oxşar yazılar