Seçkilərlə bağlı 5 KİV-ə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq
26 dekabr 2023 18:16 (UTC +04:00)

Seçkilərlə bağlı 5 KİV-ə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə əlaqədar 5 KİV-də ödənişsiz efir vaxtı və dərci üçün yer ayıracaq.

MSK-dan Lent.az-a verilən xəbərə görə, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Oxşar yazılar