Sahibə Qafarova Milli Məclisin sədri seçildi - YENİLƏNİB
23 sentyabr 2024 12:21 (UTC +04:00)

Sahibə Qafarova Milli Məclisin sədri seçildi - YENİLƏNİB

Sahibə Qafarovanın Milli Məclisin sədrin postuna namizədliyi irəli sürülüb.

Lent.az-ın xəbərinə görə, Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb.

Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

***

saat 08:47

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

Lent.az-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Oxşar yazılar