Saat yarıma 22 PUA  ələ keçirildi
06 avqust 2024 12:24 (UTC +04:00)

Saat yarıma 22 PUA ələ keçirildi

Bir saat yarım ərzində Ukrayna Rusiyanın iki regionu üzrə 22 pilotsuz uçan aparatı buraxıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr yerli vaxtla səhər saatlarında vurulub. Hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində 13, Belqorod vilayəti üzərində isə daha 9 təyyarə tipli pilotsuz uçan aparatı ələ keçirib.

Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar