Rusiyanın 48 şəhərində  müharibəyə qarşı etiraz:   2500-ə yaxın insan saxlanılıb
06 mart 2022 18:56 (UTC +04:00)

Rusiyanın 48 şəhərində müharibəyə qarşı etiraz: 2500-ə yaxın insan saxlanılıb

Bakı vaxtı ilə saat 17:42-yə olan məlumata görə, Rusiyanın 48 şəhərində müharibə əleyhinə keçirilən mitinqlərdə təxminən 2500 nəfər saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “OVD-İnfo” insan haqları layihəsi məlumat yayıb.
Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, hər bir polis idarəsində dərc olunan siyahılardan daha çox saxlanılan ola bilər.

Hazırda Moskvada azı 753, Sankt-Peterburqda ən azı 350, Novosibirskdə isə ən azı 278 saxlanılan var.

Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları etirazçılara qarşı kifayət qədər sərt davranır.

Eyni zamanda Sankt-Peterburqda azyaşlı uşağı olan kişi saxlanılıb.

Bu arada Moskvanın Manejnaya meydanında saxlanılanlar Ukraynanın himnini oxuyublar.

Bir müddət əvvəl həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı Ukraynaya qarşı müharibənin əleyhinə çıxış edib. O, Rusiya vətəndaşlarını susmamağa və etiraz etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Oxşar yazılar