Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanı və onun tərəfdarlarını müharibəni bitirmək üçün diplomatik həll yollarını nəzərdən keçirməyə çağırıb.
"Rusiya bu müharibədə qalib gəlməməlidir. Bu, onun (Putinin – red.) Ukraynaya qarşı etdiyi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Merkel deyib.
Bununla belə, keçmiş kansler həmçinin qeyd edib ki, “paralel olaraq diplomatik həll yolları üzərində həmişə düşünmək lazımdır”. Onun sözlərinə görə, bu həllərin hazırda tətbiq edilməsinə ehtiyac yoxdur.
“Doğru an gələndə bu, bütün tərəflər: Ukrayna və onun tərəfdarları tərəfindən birgə müzakirə edilməlidir”, - o əlavə edib.