“Rusiya Ukrayna deyil, heç vaxt da olmayacaq” – Keçmiş prezidentdən  MÜRACİƏT
10 mart 2022 20:52 (UTC +04:00)

“Rusiya Ukrayna deyil, heç vaxt da olmayacaq” – Keçmiş prezidentdən MÜRACİƏT

Ukraynanın ikinci prezidenti Leonid Kuçma Rusiyanın başladığı müharibə ilə bağlı ukraynalılara müraciət dərc edib.

Lent.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, kuçmanın müraciətini onun mətbuat katibi Darka Olifer sosial şəbəkədəki səhifəsində yayıb.

"Uzun ömrümdə bu günlərdəki qədər qürurlu, ağrılı və qəzəbli yaşamamışdım. Baxmayaraq ki, bəzən elə gəlir ki, həm torpağımız, həm də ürəyimiz 15-ci gün deyil, əbədi yanır. Ruslar Xarkov və Çerniqovu, Sumı və Kiyevi, Jitomir və Nikolayevi bombalayırlar.

Mən Ukraynada evdə qalıram, çünki hamımız öz vətənimizdəyik, başqası yoxdur. Və biz hamımız birlikdə qələbəyə qədər onu qoruyacağıq. Partiyalara bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələr olmadan. Bayraq, Ordu, Prezident ətrafında birləşin.

Ukrayna Rusiya deyil. Və heç vaxt Rusiya olmayacaq. Onlar bunu gözləməsinlər”, - Kuçma bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3768

Oxşar yazılar