Putin "əbədi həyat" iksirini  necə axtarır? – “The Times” yazır
04 sentyabr 2024 20:00 (UTC +04:00)

Putin "əbədi həyat" iksirini necə axtarır? – “The Times” yazır

Kreml rəhbəri Putin rus alimlərinə “əbədi həyat” iksirini hazırlamağı əmr edib.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin əbədi həyat ideyasına aludə olub və öz alimlərinə qocalmanın qarşısının alınması sahəsində axtarışları sürətləndirməyi tapşırıb. 

Lent.az bildirir ki, iddialara görə, Putinə yaxın dostu, Kurçatov İnstitutunun rəhbəri, Rusiya Elmlər Akademiyasının aparıcı üzvü, 77 yaşlı Mixail Kovalçukun təsiri olub və o, prezidentin “ölümsüzlük iksiri” axtarışına ilham verib.

Putinin ətrafındakı insanlar 3D bioprintinq (3D prininq, yəni 3D çap, üçölçülü olaraq dizayn edilmiş virtual bir əşyanın polimer, kompozit, kauçukkimi maddələrdən istilik və kimyəvi proseslərdən keçərək istehsal prosesidir red.), hüceyrə qocalması ilə mübarizə üsulları və immunitet sisteminin gücləndirilməsi sahəsində tədqiqatları fəal şəkildə təbliğ edirlər. Rusiya Səhiyyə Nazirliyi sensor və koqnitiv pozğunluqların, həmçinin osteoporozun müalicəsi ilə bağlı yeni inkişaflar haqqında tədqiqat institutlarının təcili hesabatlarında israr edir.

Rusiyalı tədqiqatçılardan birinin sözlərinə görə, sorğular ən yüksək səviyyədə qoyulan vəzifənin vacibliyini vurğulayaraq son dərəcə sərt şərtlərlə gəlir.

Bundan əlavə, “The Times” yazır ki, müasir tibbi texnologiyaya çıxış əldə etməsinə baxmayaraq, Putin ənənəvi cavanlaşma üsullarına da müraciət edir. Xüsusilə, o, müntəzəm olaraq cavanlaşdırıcı xüsusiyyətlərə malik olan Sibir maralının kəsilmiş buynuzlarının qanının ekstraktı ilə vanna qəbul edir.

Bundan əlavə, qəzetin yazdığına görə, Kovalçuk ABŞ-ın etnik ruslara qarşı bioloji silahların yaradılması üzərində işlədiyinə əmindir və həmçinin Vaşinqtonu süni şəkildə məhdudlaşdırılmış özünüdərklə “insan qulluqçularının alt növünü” inkişaf etdirməkdə ittiham edib. Bu sui-qəsd nəzəriyyələri Putinlə rezonans doğurur və onun ömrünü uzadan müalicələr tapmaq axtarışlarını daha da artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar