Almaniya prezidenti Frank Valter Ştaynmayer Qətərə səfəri zamanı onu qarşılamalı olan rəsmi şəxsləri yarım saat təyyarədə gözləməli olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Almaniya prezidenti təyyarədə tək oturub gözləməli olub. O bir neçə dəfə qapıya yaxınlaşıb, qətərli rəsmilərin gəlib-gəlməməsinə baxıb. Bununla belə, təyyarə trapının yanında fəxri qaravul dəstəsi və limuzin onun enməsini gözləyirmiş.
Qətər tərəfinin verdiyi xəbərdə bildirilib ki, Almaniya prezidentinin təyyarəsi vaxtından tez hava limanına endiyinə görə, belə vəziyyət yaranıb.