“Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir" - Hikmət Hacıyev
27 avqust 2022 16:57 (UTC +04:00)

“Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir" - Hikmət Hacıyev

“Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə Ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir”.

Lent.az-ın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var:

“Beynəlxalq ictimaiyyət çaşdırılır, yanlış məlumat verilir. Orada yaşayan ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin tərkib hissəsi olduğu, qeyri-qanuni məskunlaşmanın isə Cenevrə Konvensiyası və beynəlxalq hüquqa görə, əslində, müharibə cinayəti olması kimi faktlar da beynəlxalq ictimaiyyətə çatdırıldı. Bütün bunların hamısı razılaşmalar əsasında atılmış addımlardır".

Prezidentin köməkçisi əlavə edib ki, bu, üçtərəfli Bəyanatda da müəyyən olmuş şərtlərdən biridir və Azərbaycan Respublikası Laçın şəhəri üzərində də öz suverenliyini tam şəkildə bərqərar etmiş oldu: 

"Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi və ölkəmizin digər resurslarından istifadə edərək, xalqımızı bu hədəflərə çatdırır. Prezidentin dünənki tviti müharibə dövründə yaşadığımız sevincləri hər bir Azərbaycan vətəndaşına bir daha yaşatmış oldu”.

# 2766
avatar

Oxşar yazılar