Prezident Mehriban Əliyevanın çəkilişlərindən DANIŞDI
27 sentyabr 2021 17:56 (UTC +04:00)

Prezident Mehriban Əliyevanın çəkilişlərindən DANIŞDI

“Bu, öz-özünə baş verdi. Təbii olaraq baş verdi, bunu planlaşdırmamışdıq. Biz ilk dəfə Şuşaya gedəndə Bakıdan çox tezdən çıxmışdıq. Çünki o vaxt yol çox uzun idi. O zaman Zəfər yoluyla Füzulidən Şuşaya təxminən 3 saata getmişdik. Yolları qar və buz tutmuşdu. Səhər tezdən çıxmışdıq və hava qaranlıq idi. Hava aydınlaşdıqca çox gözəl mənzərə meydana çıxdı və Mehriban xanım öz telefonu ilə çəkməyə başladı. Məni çəkdi, mən də dedim ki, yolumuz Şuşayadır. Belə başladı”.

Lent.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində işğaldan azad olunmuş ərazilərə səfər zamanı Birinci xanım Mehriban Əliyevanın çəkilişlər aparması ilə bağlı deyib. 

Dövlət başçısı qeyd edib ki, bu bir xüsusi təşəbbüsdür, çünki onun səfərlərini ümumiyyətlə rəsmi heyət çəkir: “Bu isə yeni bir yanaşmadır. Bilirəm ki, çox insanın xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bu sözləri deyərkən mənim gözümün qabağına ilk o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən hər şeydən əvvəl onlar üçün bunu deyirdim. Çünki onlar həsrət içində idi. 30 il həsrət içində idilər. Və mən ora getmişəm, o binanı görürəm, onlar görmür. O bizim gözlərimizlə onu görməlidir. Hər zaman gözümün qarşısında onlar var idi. O qədər əziyyət çəkdilər. Fəqət dik durdular, sağlam durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı!”

# 2901
avatar

Oxşar yazılar