Prezident İlham Əliyev
12 may 2021 11:22 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezident İlham Əliyev ŞUŞAYA GEDİB

Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya gedir.

APA xəbər verir ki, Prezident bildirib:


"Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir.

Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq.

Eşq olsun, Azərbaycan xalqına, yaşasın Azərbaycan!"

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva bununla bağlı rəsmi "İnstagram" hesabında paylaşım edib.

# 1953
avatar

Oxşar yazılar