Paşinyan Levon Ter-Petrosyanı saxtakarlıqda  İTTİHAM etdi
13 iyun 2024 14:33 (UTC +04:00)

Paşinyan Levon Ter-Petrosyanı saxtakarlıqda İTTİHAM etdi

2020-ci ildən sonra Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi siyasi qüvvənin bəyanatları mənim "Müharibə, yoxsa sülh? Daha ciddi olmağın vaxtı gəldi” məqaləsi ilə bağlı təsəvvürümü dəyişdi.

Lent.az-ın Ermənistan KİV-nə istinadən məluamtına görə, bu barədə hökumətin 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı iyunun 13-də baş nazir Nikol Paşinyan bildirib.  

“Keçən dövrün bəyanatları, Levon Ter-Petrosyanın klerikal-feodal elitasını birləşdirmək cəhdləri, eləcə də bir sıra bəyanatlar göstərir ki, bu məqalə əslində klerikal-feodal hiyləsinə müqavimət göstərmək üçün uğursuz cəhd deyil, klerikal-feodal hiyləsinin ayrılmaz tərkib hissəsi idi. 

Niyə? Çünki Ter-Petrosyan və Erməni Milli Konqresi bildirirlər ki, onlar ərazilərin qaytarılmasını nəzərdə tutmayıblar, Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüz olduğunu deməyiblər. Bu, klerikal-feodal hiyləsinin aşkar və birmənalı hissəsidir”, - Paşinyan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Oxşar yazılar