Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcə müzakirələri zamanı yaşanıb.
Cümhuriyyət Xalq Partiyasından millət vəkili Erkan Aydın kürsüdə çıxış edərkən daxili işlər naziri Süleyman Soylu ona “saxtakarsan” deyib.
Deputat Erkan Aydın isə nazirin bu hərəkətinə cavab olaraq “Dediklərini olduğu kimi sənə qaytarıram” ,– deyə bildirib.
Bu sözlər hakim Ədalət və İnkişaf Partiyası üzvlərinin narazılığına səbəb olub. Onlar Erkan Aydının çıxışını dayandırıblar. Bundan sonra mübahisə yumruqlu davaya keçib.
İclas hadisəyə görə təxirə salınıb.