Niyyəti xoş olmayan səfər: Ermənistan ümidlənməsin
19 sentyabr 2022 15:10 (UTC +04:00)

Niyyəti xoş olmayan səfər: Ermənistan ümidlənməsin

Ermənistanın işğalçı hərəkətinə 28 illik müddətdə heç bir addım atmayan, necə deyərlər, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra bu ölkəyəa səfər etməsi bölgədə sülhə, eləcə də dünyada sülhə faydalı olmayacaq və xoş niyyətli bir davranış deyil.

Son hadisələr də göstərdi ki, Fransa və ABŞ Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermirlər. Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar, Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin olmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı.

Ekspertlərin fikrincə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri əslində, Ermənistana xeyirdən daha çox ziyan vuran bilər. Və zaman keçdikcə, bu reallığı Paşinyan hakimiyyəti də anlamağa başlayacaq. Hələlik isə Paşinyan hakimiyyəti yalnız müvəqqəti də olsa, ermənilərin "amerikalı nənə"sinin sayəsində Rusiyaya bağlı müxalifət düşərgəsini nisbətən geri çəkilməyə məcbur edə bilməsindən məmnun 

Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər həm təəccüb, həm də təəssüf doğurur. Təcrübəli bir siyasətçinin, həm də Nümayəndələr Palatası kimi öz ölkəsində nüfuzlu bir qurumun rəhbərinin kimlərinsə təsiri altına düşərək reallıqdan uzaq, qərəz dolu açıqlamalar verməsi son dərəcə təəccüblüdür. Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddə təcavüzkar dövlət tərəfindən törədilən hərbi təxribatı daim sülh çağırışları ilə çıxış edən Azərbaycanın üzərinə qoymaq, qeyri-obyektiv və birtərəfli mövqe sərgiləmək hələ də davam edən ikili standartların təzahürüdür.
ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri öncəsi erməni lobbisini öz tərəfinə çəkmək üçün iki ölkə arasında münasibətlərin düzəlməsinə mane olacaq, Ermənistanda revanşist dairələrin əl-qolunu açacaq, sülh və təhlükəsizliyi təhdid edəcək belə bir qeyri-obyektiv bəyanatın səsləndirməsi təcrübəli siyasətçiyə yaraşmaz və bunun Nensi Pelosinin şəxsi nüfuzuna və siyasi imicinə xələl gətirəcəyi sözsüzdür.

Bundan başqa, onun səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər gərginliyin daha da artırmasına xidmət edir. Söylənən fikirlər Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını 44 gün davam edən müharibədə əldə etdiyi Tarixi qələbə nəticəsində bu regionda yaratdığı və dünya ölkələri tərəfindən qəbul edilən yeni reallıqları görməzdən gələrək Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədavəti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür.
Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınır. Bu regionda vəziyyətin gərginləşdirilməsi və genişmiqyaslı hərbi təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi- siyasi rəhbərliyinin üzərinə düşür.
ABŞ Nümayəndələr Palatasının spikeri ABŞ-da ən qəti ermənipərəst siyasətçilərdən biri kimi tanınır. Ermənistana gələn nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu nümayiş etdirir. 

Bununla belə vurğulayaq ki, N.Pelosinin Ermənistan səfəri ABŞ qanunvericiliyinə görə, əhəmiyyətli bir səfər hesab olunmur.Yəni ermənilər o qədər də ümidlənməsinlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar