NATO qoşunları  artıq Ukraynadadır   – Polşanın xarici işlər naziri
10 mart 2024 18:20 (UTC +04:00)

NATO qoşunları artıq Ukraynadadır – Polşanın xarici işlər naziri

Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO qoşunlarının artıq Ukrayna ərazisində olduğunu iddia edir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv olan bəzi ölkələrin hərbçiləri hazırda oradadır.

Polşanın baş diplomatı bu barədə Varşavanın hərbi-siyasi bloka daxil olmasının 25-ci ildönümünə həsr olunmuş müzakirə zamanı danışıb.

O əlavə edib ki, “bəzi siyasətçilərdən fərqli olaraq” o, Ukraynaya hərbi qüvvə göndərən ölkələrin adını açıq şəkildə açıqlamayacaq.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl demişdi ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi “ağılsız sayıla bilməz”.

Sikorski Qərb qoşunlarının Ukrayna torpaqlarına göndərilməsi təşəbbüsü ilə çıxış edən Fransa prezidenti Emmanuel Makronla da həmrəy olduğunu bildirib.

Yeri gəlmişkən, Makronun özü fevralın sonunda dünyaya Parisin “Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün” hər şeyi edəcəyini bildirmişdi.


 

# 3618
avatar

Oxşar yazılar