Birinci vitse-prezident Mehriban Əliyeva
11 iyun 2021 10:59 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva

Mehriban Əliyeva İşeinin vəfatı ilə bağlı başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Lent.az-ın məlumatına görə, başsağlığı paylaşımında deyilir: 

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

# 2043
avatar

Oxşar yazılar