İrana gedən azərbaycanlı ailə geri qayıda bilmir
27 noyabr 2023 10:07 (UTC +04:00)

İrana gedən azərbaycanlı ailə geri qayıda bilmir

Azərbaycan Respublikasından həftələr öncə övladının müalicə prosesini izləmək üçün Təbrizə gedən bir ailə geri qayıda bilmir.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, onlar Şah gölündə parkda çadır quraraq soyuqda gecələmək məcburiyyətində qalıblar.

Görünən odur ki, bu ailənin Tehrandan Bakıya hava yolu ilə gəlmək üçün maddi imkanı olmayıb və bu səbəbdən onlar İran sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğuna müraciət ediblər, lakin onlar indiyədək heç bir nəticə əldə etməyiblər.

 

# 3564
avatar

Fidan İlqar

Oxşar yazılar