İranda SEPAH-a yaxın saytlar və "Telegram" kanalları Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdıqları barədə xəbər yayıb.
Lent.az -ın məlumatına görə, xəbərdə qeyd olunub ki, bunun üçün bölgəyə 300-dən çox hərbi texnika və tankın gətirilib.
Lakin İranın rəsmi xəbər agentliklərində bu barədə heç bir məlumata rast gəlmək olmur.
Xatırlatmaq yerinə düşər ki, İran son vaxtlar Azərbaycan sərhədləri yaxınlığında daha iki təlim keçirib.
İran sərhəd qoşunlarının komandanı da Azərbaycanla sərhəddəki əsgərlərini yoxlamağa daha meyilli olub.
Lakin Azərbaycan və Türkiyənin Araz çayı sahilindəki birgə peşəkar hərbi təlimindən sonra İranın bunu təkrarlamaması sağlam ağlın məhsulu olardı.