İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib
19 dekabr 2023 16:08 (UTC +04:00)

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Oxşar yazılar