İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 avqust 2024 18:23 (UTC +04:00)

İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu

Hazırda İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri vəzifəsində olan Şahin Seyidzadənin deputatlığa namizədliyi qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bu barədə Seyidzadə özü bildirib.

O qeyd edib ki, VII çağırış Milli Məclisə seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. 

Şahin Seyidzadə VI çağırış Milli Məclisin də deputatı olub. Lakin daha sonra o, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri təyin olunub və deputat səlahiyyətlərinə xitam verilib.

Yenidən seçkidə iştirak etməsi isə o deməkdir ki, Şahin Seyidzadə deputat fəaliyyətinə daha çox üstünlük verib.

Görünən odur ki, millət vəkili seçiləcəyi təqdirdə, Seyidzadə indiki vəzifəsi ilə vidalaşmalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar