Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi.
Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün yəşəbbüslıri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb.
Bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək məğlub tərəfə sülh müqaviləsi təklif etdi. Bu günə qədər həmin təklifdən boyun qaçıran, sülhdən yayınan da Ermənistandır. Nikol Paşinyan, Ararat Mirzoyan və başqalarının boşboğazlıq edərək utanmadan öz günahlarını Azərbaycanın üstünə yıxması onların əsl simasını ortaya qoyur. Həmçinin , onlar vaxtı uzatmaqla vəziyyətin dəyişəcəyinə, kimlərinsə onlara kömək edəcəyinə ümid bəsləyirlər.
Aprelin 11-də törədilən təxribatın qarşısı da qətiyyətlə alındı, düşmən xeyli sayda itki verdi. Ermənistan nədənsə törətdiyi bu təxribatların nəticələrini dərindən təhlil edib özləri üçün lazımi dərs çıxarmır.
Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.
İlkin məlumatlara görə, düşmənin itkiləri çoxdur. Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gezalyan da var.
Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verilib və veriləcək.
Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.