Ermənistan-Azərbaycan sərhədində vəziyyət normallaşıb - Rusiya MN
16 noyabr 2021 22:20 (UTC +04:00)

Ermənistan-Azərbaycan sərhədində vəziyyət normallaşıb - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlarından sonra Kilisəli dağları rayonunda gedən silahlı toqquşmalar dayanıb, vəziyyət normallaşıb.

# 3882
avatar

Oxşar yazılar