Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə gəlib.
Lent.az-ın məlumatına görə, prezident sosial şəbəkə hesabında bildirib ki, Türkiyə Ukrayna arasında müxtəlif sahələrdə önəmli uğurlar qazanılıb.
Bu sıraya investisiya, ticarət, turizm və müdafiə sahələri aiddir.
Türkiyə lideri onu da qeyd edib ki, tezliklə ölkələr arası ticarət dövriyyəsi 10 milyard dollara çatacaq.