Dostlar, qardaşlar!
Son dövrlər cəbhədə, torpaqlarımızın murdar, alçaq düşməndən azad edilməsi və ərazilərimizin, doğma Qarabağımızın qaytarılması kimi müqəddəs amal uğrunda gedən döyüş bölgələrindən gələn xoş xəbərlər bütün Azərbaycan xalqına böyük sevinc bəxş edir.
Qeyd etmək istəyirəm ki, bu mənada ölkəmizin prezidenti, Ali baş komandanı, sərkərdəsinin qətiyyəti, qüdrəti, cəsarətli qərarları, uzaqgörən rəhbərliyi və bacarığı sayəsində baş verməsi heç kəsdə şübhə yaratmır.
Dünyanın aparıcı kütləvi informasiya vasitələrinə, telekanallarına, media qurumlarına təmkinlə, bacarıq və məharətlə, analitik, dərin düşüncəli arqumentlərlə, tarixi faktlarla, yüksək intellektual səviyyədə Azərbaycanın haqq işinin dünyaya car çəkməsi sayəsində beynəlxalq aləmdə artıq müsbət fikirlər və bizə qarşı münasibətlərin dəyişməsi baş verir.
Bacarıqlı sərkərdə, qətiyyətli Ali baş komandan rəhbərliyi və qəbul etdiyi qərarlar nəticəsində ordumuzda böyük ruh yüksəkliyi və qələbə əzmi yaratmaqla ordumuzla əldə edilən uğurlar ilə müasir dövrün yeni hərb tarixi yazılır və qələbə çalacağımıza əminlik yaranır.
Azərbaycan tarixində Şah İsmayıl Xətai dövründən sonra itirilmiş, parçalanmış Azərbaycan torpağını bərpa edən, geri qaytaran Səfəvilər dövlətinin varisi, sələfi Azərbaycan xalqına Qarabağı bəxş edən, xalq-ordu-dövlət həmrəyliyinin təcəssümü olan, düşmən üzərində qələbə çalan əbədi prezidentimiz İlham Əliyevdir.
Eşq olsun cəsarətli rəhbərimizə, qüdrətli sərkərdəmizə, qətiyyətli Ali baş komandana! Var olsun müdrik xalqımız, birliyimiz, yaşasın müzəffər, şanlı ordumuz!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!
Füzuli Musayev,
Polkovnik, FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi