Ukraynanı azad etmək üçün hələ neçə gün qaldığını söyləmək mümkün deyil, amma biz artıq qələbəyə doğru gedirik.
Lent.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə müharibədə qələbəyə doğru gedir.
“Torpaqlarımızı azad etməyimizə hələ neçə gün qaldığını söyləmək mümkün deyil. Amma deyə bilərik ki, biz bunu edəcəyik. Çünki biz buna çalışırıq. Çünki biz artıq strateji dönüş nöqtəsinə çatmışıq, artıq məqsədimizə, qələbəmizə doğru irəliləyirik”, - Zelenski vurğulayıb.
Prezident Rusiya qoşunlarının Ukrayna şəhərlərini bombalamağa davam edəcəyi təqdirdə sanksiyaların artırılmasına çağırıb.