“Bu gün Belçikadakı qatı radikal erməni diaspora təşkilatı olan EAFJD saat 15-də Ermənistanın milli günü münasibətilə Avropa Parlamentinin qarşısında Azərbaycanın əleyhinə nümayiş keçirəcək”.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov deyib.
Səfirin sözlərinə görə, keçmiş təcrübəyə əsasən, ehtimal olunur ki, erməni radikallar Azərbaycan səfirliyi istiqamətində yürüş keçirib, hücum edə bilərlər.
“2021-ci ildə belə hücum baş tutub, bizim bəzi vətəndaşlarımız xəsarət almışdılar. Belçika polisi o vaxt heç bir tədbir görməmişdi. Bu dəfə biz yerli polisi xəbərdar etmişik. Eləcə də buradakı xarici səfirliklər, Aİ qurumları və Avropa Parlamentinə məlumat verilib, lazımi tədbirlər görülüb. İndi vəziyyətin inkişafını gözləyirik”, - Vaqif Sadıqov vurğulayıb.
***
Saat: 13:08
Azərbaycanın Belçikadakı səfiri erməni radikalların hücumu barədə xəbərdarlıq yayıb.
Lent.az xəbər verir ki, bu barədə səfir Vaqif Sadiqov özünün "Tvitter" hesabında paylaşım edib. O bildirib ki, ermənilər Avropa Parlamentinin qarşısındakı mitinqdən sonra Belçikadakı səfirliyimizə hücu medəcəklər:
"Ermənilərin Avropa ölkələrindəki səfirliklərimizə hücumu Avropa İttifaqının Qafqazda sülhə nail olmaq üçün atdığı addımları azaltmaq məqsədi daşıyır. Brüssledəki erməni diasporası radikallarınızı dayandırın!".