Bu gün İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı nəticəsində yaralanan səfirlik əməkdaşları əməliyyat olunub.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə məlumat verib.
O deyib ki, yaralıların hər ikisinin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətləri yaxşıdır.
Səfir qeyd edib ki, Azərbaycan İran tərəfindən araşdırmaların yekun nəticəsini açıqlamasını gözləyir:
"Biz bu hadisəni şiddətlə qınayırıq və İranın qısa müddət ərzində bu hadisənin səbəbkarlarını təqib edərək nəticəsini açıqlamasını gözləyirik. Biz bu terroru qətiyyətlə qınayırıq".
Qeyd edək ki, Azərbaycan diplomatı İranın XİN başçısı ilə birlikdə yaralıları ziyarət edib.