“2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranıb”.
Lent.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Ədalət Vəliyev deyib ki, siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilib, ümumilikdə 88 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılıb:
“Bunların 30-nun keçirilməsi nəticəsində partiyaların legitim fəaliyyəti təmin edilib. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunub, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilib”.
Ədalət Vəliyev siyasi partiya rəhbərlərinin işğaldan azad edilən rayonlara 4 səfərinin təşkil edildiyini də xatırladıb.
Artıq bütün siyasi partiyaların dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladığını vurğulayan şöbə müdiri qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılıb.