Azərbaycan Ukraynaya yardım göndərməyib - NAZİRLİKDƏN AÇIQLAMA
25 mart 2024 00:34 (UTC +04:00)

Azərbaycan Ukraynaya yardım göndərməyib - NAZİRLİKDƏN AÇIQLAMA

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.

# 3351
avatar

Oxşar yazılar