Azərbaycan AŞPA prezidentini qara siyahıya saldı
12 aprel 2025 12:03 (UTC +04:00)

Azərbaycan AŞPA prezidentini qara siyahıya saldı

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, AŞPA prezidenti Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AŞPA prezidentinin Azərbaycan əleyhinə fikirlərinə münasibət bildirərkən deyib.

A. Hacızadə bildirib ki, Rusopulos Azərbaycana soxularsa, rədd ediləcək.

Qeyd edək ki, Teodoros Rusopulos "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə iddialar səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar