Xankəndidə doğum evini ordumuzun vurması yalandır - MN
28 oktyabr 2020 15:06 (UTC +04:00)

Xankəndidə doğum evini ordumuzun vurması yalandır - MN

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Mehman Nəbiyev

Oxşar yazılar