Prezidentin köməkçisi: “İşğal başa çatdıqdan sonra DSX Azərbaycan sərhədi boyu müvafiq qaydada fəaliyyət göstərəcək”
27 oktyabr 2020 23:35 (UTC +04:00)

Prezidentin köməkçisi: “İşğal başa çatdıqdan sonra DSX Azərbaycan sərhədi boyu müvafiq qaydada fəaliyyət göstərəcək”

 

“Dövlət Sərhəd Xidməti döyüşlərdə iştirak etmir, lakin proses çərçivəsində Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın sərhəd boyu ərazilərinə yerləşdirilib. Məsələn, İranla sərhəddə. Xüsusilə qeyd etməliyəm ki, 30 illik işğaldan sonra İran-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“İranın müvafiq qurumları ilə yaxın təmasdayıq və əməkdaşlıq edirik. Biz bu hissədə İranla normal sərhəd xidməti və nəzarəti yaradacağıq”, - deyə H. Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində tətbiq ediləcək sivil sərhəd konsepsiyası üzərində də iş aparılır: “Bu, işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında tətbiq olunacaq. Oxşar sistem artıq Qazax və Tovuz regionunda tətbiq edilib.

Dövlət Sərhəd Xidməti birbaşa olaraq hərbi əməliyyatlarda iştirak etmir, ancaq ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin edir. Əlbəttə ki, işğal başa çatdıqdan sonra Dövlət Sərhəd Xidməti Azərbaycan sərhədi boyu müvafiq qaydada fəaliyyət göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012
avatar

Oxşar yazılar