MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur
06 noyabr 2020 08:57 (UTC +04:00)

MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar