Qənirə Paşayeva: “İçimdə bir dərvişlik, sufilik var...” – SÖHBƏT
Lent.az-ın “4 VALET” layihəsinin növbəti qonağı millət vəkili Qənirə Paşayevadır. Hərəkətliliyi, qeyri-ordinar, bəzən hətta aşırı təşəbbüskarlığı, dinamikliyi ilə seçilən, bu xüsusiyyəti ilə həmkarlarını belə təəccübləndirən millət vəkilini yenə biz danışdırırıq – İlqar Əlfi, Anar Yusifoğlu, Ramal Hüseynov və İlham Tumas...
İ.T. Qənirə xanım, hamımız Sizi jurnalistikadan tanıyırıq: emosiyalı, enerjili... Bu gün mən Sizi, pis cıxmasın, bir az fağır görürəm...
- Vallah, fağır yox, yorğun desəydiniz, bir az daha düzgün olardı. Gərgin iş qrafiki üzündən necə ildir tətil eləyə bilmirəm. Bu il də tətil eləmək şansım olmayıb. Bir də mən jurnalistikadan 8 il bundan əvvəl getmişəm, bu gün artıq 37 yaşım var. Gənclik cılğınlıq dəməkdir. Gənclikdə daha cılğın, daha emosional, yaşın artdıqca isə daha səbrli olursan. Mənə elə gəlir, bu daha çox yaşın, təcrübənin gətirdiyi məsələlərdir. Əgər Siz cəsarəti nəzərdə tutursunuzsa, cəsarətdə bir dəyişiklik olduğunu hiss eləmirəm. Elə o zaman nə qədər cəsarətliydimsə, indi də o qədər cəsarətliyəm.
A.Y. "Jurnalistikadan gedəndən sonra" dediniz. Jurnalistikadan getmisiniz ki?
- Jurnalistikadan getmənin iki anlamı var. İş yeri anlamında getmişəm. Jurnalistikadan isə tamamilə getməmişəm. Çünki zamanım olduqca yazıram.
A.Y. Jurnalist deyəndə ilk olaraq adamın ağlına xəbər gəlir. Dostlar deyirlər, Qənirə xanımdan soruşmaq lazımdır ki, niyə onun hər hərəkəti xəbər olur, niyə hər addımından xəbər çıxır?
- Vallah, mən hansı işi görmək istəyirəmsə, o işi də görürəm. Amma onlar xəbər olur, ya olmur, o artıq mənim yox, yəqin ki, daha çox başqalarının deyə biləcəyi bir şeydir. Mən bir işi xəbər olsun deyə görmürəm. Sadəcə, bizim seçicilərimiz, bizə səs verən insanlar var və o insanlar millət vəkillərinin nə işlə məşğul olduqlarından xəbərdar olmaq istəyirlər. Bunun da iki yolu var. Birincisi, seçicilərlə görüşürsüz və onlara məlumat verirsiniz ki, filan məsələylə bağlı bu işləri gördüm. İkincisi də, mətbuat və medianın gücündən istifadə edirsiz. Mətbuat və medianın gücündən istifadə etmək ona görə vacibdir ki, seçiciləriniz operativ şəkildə sizin mövqelərinizi bilirlər.
A.Y. Millət vəkilləri arasında fərqlənirsiz. Görürük ki, Qənirə xanım Amerikadadır, sonra baxırıq ki, artıq Avropa Şurasındadır, bir gün sonra artıq Türkiyədə, ardından Tovuzdadı... Bu qədər enerji hardandı?
- Mənə elə gəlir ki, bu hər bir insana ilahidən gələn keyfiyyətlərdəndir. Bir də yəqin ki, vərdişdir. Bizdə uşaqlıqdan ailədə ən birinci öyrədilən şey zamandan düzgün istifadə etmək anlayışı olub. Mən beş yaşımda birinci sinifdə oxumuşam, on altı yaşımda Tibb Universitetini qazanmışam. Bizə çox kiçik yaşlarımızdan bu vərdişi evdə öyrədiblər. Məktəbə getmişəm, gəlmişəm, evdə yeməyi yeyən kimi musiqi məktəbinə getmişəm, musiqi məktəbindən gəlmişəm, ya dram dərsinə getmişəm, ya rus dili dərsinə. Qalan saatlarda atam bizə zaman bölgüsü edirdi. Məsələn, hər ayda necə kitab oxumalıyıq. Və şərt təkcə o kitabları oxuyub çatdırmaq deyil, həm də necə oxumaq idi. Atamın zəngin kitabxanası vardı, hər kitabı oxuduqdan sonra söhbət edirdik, hansı keyfiyyətdə oxuduğumuzu o dəqiqə bilirdi. Yəni, zaman anlamı mənim üçün həmişə önəmli olub.
R.H: Milli Məclisdə danışan deputatlar kimi danışmayanlar da var. Sizcə, hansı yaxşıdır: danışıb görünənlər, yoxsa görünməyənlər?
- Millət vəkili ictimai-siyasi fəaliyyətdə olan bir insandır, təbii ki, işləmək, görünmək daha yaxşıdır...
R.H: Bir sıra millət vəkilləri olduqları bölgələrdə biznes sahibidirlər, rayonda müəyyən çətinliklərlə qarşılaşanda, susmağa üstünlük verirlər...
- Vallah, mənə elə gəlir, bunu hər kəsin özündən soruşsanız, daha yaxşı olar. Birincisi, qanunla millət vəkilli bizneslə məşğul ola bilməz və bu qanunun verdiyi şərtə görə özümə cavabdehəm. İki dövr eyni dairədən millət vəkiliyəm, ancaq o rayonda heç kəs deyə bilməz ki, Qənirə Paşayeva millət vəkili seçiləndən sonra bu rayonda özünə, məsələn, torpaq sahəsi alıb. Əksinə, bizim dədə-babadan qalan sahəmiz var ki, mən özüm o torpaq sahəsini bir kasıb ailəyə hədiyyə vermişəm. Vermişəm ki, bağ salsın və ailəsini oradan dolandırsın. Atamın evini də vermişik bir ailəyə, orda qalanlar özlərinə ev tikənə qədər. Mən o rayona gedəndə demişəm ki, gəlmişəm, sizlərə xidmət eyləyim. Yəni, mən sizdən üstün yox, sizdən aşağı yerə gəlmişəm...
İ.T: Qənirə xanım, şəxsi həyatınız nə yerdədir?
- Bu, yəqin ki, danışmayacağım yeganə mövzudur...
A.Y: Niyə?
- Çünki hesab edirəm ki, insanlar üçün mənim şəxsi həyatım deyil, işim, dünyaya baxışım önəmlidir. Hər bir insan üçün toxunulmaz bir şeylər olmalıdır. Mənim düşüncəmə görə, bu, mənəviyyatı formalaşdıran əsas cəhətlərdən biridir.
A.Y: Axı, Sizin bütün xüsusiyyətləriniz cəmiyyətə bəlli olmalıdır, Siz millət vəkilisiniz. Duyğularınız, vətənə, o cümlədən sevgiyə münasibətiniz də. Ümumiyyətlə, sevgi Sizin üçün nədir?
- Sevgi həyatın mənasıdır. O insanların ki, içərilərində böyük sevgi var, onlar heç zaman pis insan ola bilməzlər. Sevgi, ümumiyyətlə, tək qadın-kişi münasibətlərinə aid edilməyəcək qədər böyük bir hissdir. Bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur...
A.Y: Ənənəvi sualımız var: Sizin üçün ideal kişi obrazı hansıdır?
- Mən insanları ideallaşdırmıram.
A.Y: Film qəhrəmanlarından ola bilməz?
- Xeyr, elə film qəhrəmanlarım yoxdur, sadəcə insanlarda dəyərləndirdiyim xarakterlər var. İstəyir kişi olsun, istəyir qadın, ən böyük məsələlərdən biri səmimiyyətdir. Mən səmimi, mərd, dürüst, cəsarətli insanları çox sevirəm.
A.Y: Savadlı olub-olmamağı önəmli deyil ki?
- Əlbəttə, təhsil çox önəmli bir keyfiyyətdir. Ancaq mən iki universitet bitirən elə cahillər və universitet üzü görməyən elə ziyalılar görmüşəm... Ona görə də insanları heç vaxt diplomluya, diplomsuza ayırmamışam...
İ.Ə: Jurnalistlik və deputatlıq... Özünüzü harada rahat hiss edirsiniz, fərq harada özünü büruzə verir?
- Məni jurnalistikaya böyük maraq, ekstremal jurnalistikaya vurğunluğum gətirmişdi. Reportyor olanda cəhd eləyirdim ki, hadisələrin içərisində olum, onu yaşayım. Ekstremal jurnalistikaya bilirsinizmi kimlər gəlir? Maraq hissi ölüm hissindən güclü olanlar. Siz ölümün qoxusunu hiss eləsəniz belə, maraq hissini ordan çəkə bilmirsiz. Mən İraqda, Əfqanıstanda, Fələstində bunları yaşadım. Yəni, sən bu işdə həm özünün, həm də cəmiyyətin informasiya istəyini təmin edirsən. Amma millət vəkili kimi gərək öz seçicilərinin maraqları üçün çalışasan. Bəlkə də hansısa işi etmək maraqlı deyil, ancaq bu iş sənin seçicilərin üçün edilməlidir. Məsələn, jurnalistikada hansısa beynəlxalq məsələylə bağlı, nəyi düşünürsən, onu danışırsan, millət vəkili kimi isə nəyi düşünürsən, çox vaxt onu danışa bilmirsən. Çünki hər bir sözün siyasi açıqlama kimi qəbul olunur.
İ.T: Vaxt olub, Siz suallarınızla kimlərisə bezdirmisiniz. İndi necə, Sizi belə suallarla bezdirəndə fikirləşirsinizmi ki, görün mənim əlimdən nələr çəkiblər...
- Əgər jurnalistin sualları sırf peşəsiylə, cəmiyyətlə bağlıdırsa, reket jurnalistikasının maraqlarına xidmət etmirsə, nə suallar olursa, narahat etmir. Jurnalistin vəzifəsi onu və toplumu maraqlandıran müsahibdən cavablar almaqdır, sizin də vəzifəniz cavab vermək. Hesab edirsiniz ki, nə qədər, hara qədər cavab verə bilərsiz, ora qədər də cavab vermək lazımdır. Amma "bu nə sualdır", "niyə belə sual verirsiniz" deyə heç vaxt əsəbiləşmirəm.
İ.Ə: "Reket jurnalistikası" dediyinizdə kimləri nəzərdə tutursunuz... Ad demirəm, bir obraz olaraq...
- Məsələn, zəng eləyirlər ki, Sizin haqqınızda bizə bir məlumat daxil olub, biz onu çap eləməyə bilərik, görüşək, danışaq... Mənim həyatımda iki dəfə olub belə məsələ... Mən də demişəm ki, siz kimə zəng elədiyinizin fərqində deyilsiniz, ikincisi də əlinizdə nə var, gedin çap edin, əgər artıq-əskik böhtan məsələləri olsa, biz hüquqi müstəvidə görüşərik. Bu cür məsələlər jurnalistika üçün üz qarasıdır. Mən jurnalistikanın içindən gəlmişəm, qorxmuram, bilirəm ki, bunlar nə düşüncənin insanlarıdır. Ancaq elə insanlar var ki, o dəqiqə qorxuya düşürlər və sövdələşməyə gedirlər.
R.H: Qənirə xanım, hamı deyir, televiziyalarımız çox bərbad gündədir... Sizcə, televiziyalarımız necə olmalıdır? Kütlənin arxasınca getməlidir, yoxsa kütləni arxasınca aparmalıdır?
- Hesab edirəm ki, televiziyalar kütlənin arxasında getməməlidir. Bizdə yaxşı atalar sözü var, deyir, "nə tökərsən aşına, o da çıxar qaşığına". Televiziya verilişlərində səviyyə endikcə, tamaşaçının da zövqü korlanır. Televiziyalar çalışıb tamaşaçının zövqünü qaldırmalıdır. Belə olsa, get-gedə tamaşaçı da artıq səviyyəli verilişlər tələb eləyəcək. Tamaşaçı birmənalı məfhum deyil axı. Onun içərisində İlham Tumas da var, gəlin soruşaq görək İlham Tumas Azərbaycan televiziyalarındakı verilişlərin 90 % -ni qəbul edirmi? O tamaşaçının içərisində mən də varam, İlqar müəllim də, Anar Yusifoglu da var, soruşun görün qəbul edirik, ya yox...
İ.Ə: Kövrək insansınız? Məsələn, hansısa filmə baxıb, musiqiyə qulaq asıb ağlaya bilirsiniz?
- Bəzi insanlar var, deyirlər, ağlaya bilmirəm, ciddi insanlar ağlamaz və sair. Mən bu düşüncəni, ümumiyyətlə, ağlaya bilməyən insanı qəbul eləyə bilmirəm. Hesab edirəm ki, insan həm kədərli, həm də sevincli duyğularını büruzə verməlidir. Məsələn, Salvador Dalinin elə əsərləri var ki, bəlkə saat yarım baxa bilərəm, yorulmaram. Məncə, musiqiylə, şeirlə, hansısa digər sənət əsəriylə saflaşırıq, daha da təmizlənirik...
İ.T: Sevdiyiniz şeirlərdən deyə bilərsinizmi?
- Öz şeirlərimi söyləməyi sevmirəm. Sadəcə, dost məclislərində, duyğularımın məqamı gələndə söyləyə bilərəm. Çünki şairlik iddiasıyla yazmadığım üçün "mənim də şeirlərim var, bax necə də maraqlı bir ifadədir" deyə söyləmirəm.
İ.T: Onda sevdiyiniz şeirlərdən birini deyin bizə... İndi ruhunuza yatan şeiri...
- Tofiq Bayramın "Volokardin" şeiri var. Son dövrlər nəsə bu şeiri daha çox öz-özümə deyirəm...
Döş cibimdə gəzdirirəm volokardin,
Anam məndən hey soruşur:
axı nədir, bala, dərdin?
Axı sənin nə yaşın var,
Bükülürsən yumaq kimi.
Səni görmək istəyirəm,
əyilməyən bir dağ kimi.
Ürəyimdən ağrı qopur,
Sinəm olur para-para.
Söylə xəstə ürək hara,
Mən dediyim oğul hara?
Qurban olum, at biryolluq,
O zəhrimar papirosu.
Qurban olum,
O masanın üstündəki yazı-pozu
Qoy yarımçıq qalsın,
Mənə lazım deyil sənin adın-sanın,
Sən gərəksən mənə oğul,
Ağrımasın təki canın, ağrımasın.
Kim istəyir öz canından gileylənə.
Yazıq anam...
İlhamı da qənim sayır indi mənə,
o nə bilir ürəyimi nə ağrıdır, nə göynədir.
sevincimdən xəbəri var, xəbəri yox dərdim nədir,
dərdim nədi cavab verim, bu suallar
neştər olub sancır məni.
dərd ürəkdə qala-qala,
mənə ləkə vuran olsa ürək dözər,
mənə tələ quran olsa ürək dözər,
öz atamın silləsinə ürək dözər,
bir dostun söz gülləsinə ürək dözər,
bir dostumun məzarını qucaqlaylb mən ağlasam, ürək dözər,
ürək dözər bu ağrıya volokardin gərək deyil,
bir ürək ki, əzab çəkir, ürək deyil.
ürək dözmür nadan sənə alim kimi dərs deyəndə,
öz işinin xatirinə susub onu dinləyirsən,
sən ürəyi aldadırsan ürək səndən acıq alır.
sübhə kimi keşiyində ana qalır, bacı qalır,
deyir nədir bala dərdin,
volokardin gətir mənə, ana, volokardin,
gəl, nəbzimi yoxla, ana,
oğul, nəbzin yaxşı vurur,
yoxla, ana, yoxla, ana, dincəl barı.
bəlkə mənim öz cəzamdır ürəyimin ağrıları.
mən dilimlə ürəyimin arasına sədd çəkmişəm,
gizli qalan cəsarətim ağrı olub çıxıb üzə,
hər ürəyin ağrıyanda demə, nədir bala, dərdin
volokardin gətir mənə, ana, volokardin...
Rəhmətlik Tofiq Bayramın ən ağrılı şeiridir... "Bir nadanın alim kimi dərs deməsi, sənin də susub o nadanı dinləmən..." İnsan üçün bundan ağrılı heç nə ola bilməz...
İ.Ə: Çox rast gəlirsiniz elə nadanlara?
- Rast gəlirəm... Çox təəssüf ki, son zamanlar bu tip insanlar daha çoxdur...
A.Y: Kompleksiniz varmı?
- Arıqlamaq komplekslərimə daxil deyil, çünki bu mənim əlimdə olan şeydir. Arıqlamağın, kökəlməyin insanın iradəsində olduğunu düşünürəm.
İ.T: Sizə sevgi etirafları olub?
- Hər insana olub. Bunlar adi normalardır...
İ.T: Sizcə sevgi etirafı edən hansı cəhətinizə görə bunu edib?
- Bu suala cavab verə bilməyəcəm...
İ.Ə: Həyatınızı dəyişdirən kitablar olubmu?
- Mənim həyatımı iki kitab dəyişdirib: Quran-Kərim və Məsnəvi. Həzrəti Mövlananın Məsnəvisi Quranın və həyatın anlanması baxımından mənim üçün çox mühümdür.
İ.T: Namaz qılırsınız?
- Bu da Allahla insan arasında olan sirdi. Mən sevmirəm belə şeyləri başqalarına göstəri üçün eləyəndə... Deyirlər, bir gün Həzrəti Musa dağa qalxanda görür ki, bir çobandı, bir qoyunlar, bir də dağ... Çoban dizlərini qoyub dua eləyir ki, ay Allah, mən səni o qədər çox sevirəm, istəyirəm ki, sürümdə ən gözəl yağlı qoyunu sənə verim, səni o qədər çox sevirəm ki, istəyirəm, ayağını yuyum... Həzrəti Musa əsəbiləşir və çobana deyir, bu nə duadı sən eləyirsən, günahdı. Bundan sonra Həzrəti Musa ona düzgün dua eləməyi öyrədir və rahatca evə gəlir ki, bu gün kiməsə dua eləməyi öyrətdim, Allah ondan razı olacaq. Ancaq yuxuda ona bir səs gəlir ki, "ya Musa, sən nə etdin. Sən ayırmağa gəlmişdin, yoxsa buluşdurmağa. Çoban öz duasında o qədər səmimiydi ki..." Ona görə bu mövzularda məsələlərə açıqlama vermirəm, sadəcə, normal bir müsəlman olmağa çalışıram.
İ.T: Siz sufisiniz ki...
- Hə... Şəms Təbrizinin aşiqi olduğum, Şəms Təbrizi də Mövlanəyə gələn bir yol olduğu üçün içimdə bir dərvişlik, sufilik var. Bir gün Həzrəti Peyğəmbərdən soruşurlar ki, İslam nədi? Deyir, gözəl əxlaq. Təkrar soruşurlar, İslam nədi? Yenə deyir, gözəl əxlaqdı. Mən hesab edirəm, o insanlar gerçəkdən müsəlmandırlar ki, onların gözəl əxlaqı var. Biz Yunis İmrənin nəvələriyik. Yunis İmrə deyirdi ki, bir kəz könül yıxdınsa, o qıldığın namaz deyil... Elə insan var, gedir namaz qılır, amma sonra çox pis əməllərlə məşğul olur, könül sındırır...
İ.Ə: Qənirə xanım, dostunuz varmı?
- Dostlarım çoxdur. Mənim ən böyük zənginliyim, varım-dövlətim dostlarımdır.
İ.Ə: Onların necə faizi parlamentdədir, necə faizi jurnalistikada?
- Parlamentdə dostum çox azdır. Dost anlayışı kimin necə alqılamasından asılıdır. İnsanların hamısı dostumdur, özümə görə düşmən anlayışım yoxdur. Yaradılanı yaradandan ötrü sevən fəlsəfənin düşüncəsindəyəm. Ancaq mənim üçün dost bilirsiz nədi? Dost - düşünmədən dərdimi, sevincimi bölüşə bildiyim insandır. Dost odur ki, düşünmürəm, bununla nəyisə danışa bilərəm, ya yox, o məni bu mövzuda gedib satacaq, məni bu mövzuda anlaya biləcək, ya yox... Dost o adamlara deyirəm ki, necə özümlə danışıram, elə də onlarla danışa bilirəm... Öz ruhumun adamını tapdımsa, o mənim dostumdur. Ruhumun adamı isə hər yerdə ola bilər. Ruhumun adamı deyilsə, istəyir parlamentdə olsun, istəyir jurnalistikada, istəyir nazir olsun, istəyir sadə insan... Mənim üçün ruh hər şeydən yuxarıdı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan...
A.Y: Tənqidə münasibətiniz necədir?
- Normal... Amma hesab edirəm ki, tənqid başqa şeydi, böhtan başqa şey...
A.Y: Məsələn, KVN-nin zarafatına münasibətiniz necəydi?
- Mən heç zaman onlara telefon acmamışam. Bu, teatrda da ola bilər, qəzetdə də... Hansı janrda olur-olsun, mən tənqidə görə nə hədələmişəm, nə də zəng eləmişəm... Hesab etmişəm, insanların gözü tərəzidir və Qənirə Paşayeva deyil, ona baxan Anar Yusifoğlu və ya İlham Tumas mənə qarşı nə qədər haqlılıq, nə qədər haqsızlıq olduğunu məndən daha yaxşı görə bilərlər.
İ.T: Mən Sizi bayaqdan müşahidə edirəm. Sizdə bir ana obrazı gördüm... Övlad dünyaya gətirib ona yaxşı tərbiyə verməyə özünüzü hazır bilirsinizmi?
- Demişdim şəxsi həyatla bağlı suallara cavab verməyəcəyəm, amma bu suala cavab vermək istəyirəm. Mən yaxşı ailənin tərəfdarıyam, çünki özüm də yaxşı bir ailədə böyümüşəm, tərbiyə almışam. Hesab edirəm ki, hər bir qadının ailəsi onun üçün arxadır, dayaqdır. Və həmişə də gənc qızlara tövsiyə eləyirəm ki, ailə qursunlar, övlad tərbiyə eləsinlər. Məndə belə alındı və bunun "karyera, yoxsa ailə" seçimiylə heç bir əlaqəsi yoxdur. Nə vaxtsa ailə quraram, bunun olub-olmayacağını Allahdan başqa kimsə bilmir...
İ.T: Onda bizim də yəqin ki, o gündə təbriklərimizi qəbul edəcəksiniz...
- İnşallah...

3172