Eynulla Fətullayev: “Bunlardan üfunətli qoxu gəlir”-MÜSAHİBƏ
“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, haqqın.az saytının rəhbəri Eynulla Fətullayevin “Səhranın qara günəşi” yazısı yenidən özünün dediyi kimi tozanaq qoparıb. Rüstəm İbrahimbəyova həsr olunan bu yazı istər ictimaiyyətdə, istərsə də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Lent.az-a müsahibəsində Fətullayev bu və ya digər məqamlara toxunmaqla bəzi maraqlı açıqlamaları ilə də yadda qaldı.
“Vəhşi stixiyalı qara qüvvəni xatırladırlar”
- Açığı özüm də başa düşə bilmirəm ki, bu hücumlar nəyə görədir, nə baş verir. Görünür, ölkəmizdə ifadə azadlığı ilə bağlı çox ciddi problemlər var. Bu vətəndaş cəmiyyətinin sosio-mədəni səviyyəsi ilə bağlıdır. Çünki indiyə qədər fikirləşirdim ki, yalnız bir tərəf - hökumət insanların fikrinə dözümsüz yanaşır. Amma bir neçə məqaləmdən sonra bəzi ifadə azadlığı mücahidlərinin isterik reaksiyası dözümsüzlük sindromunun ümumi sosial problem olduğunu çılpaqlığı ilə nümayiş etdirdi. Avropa dəyərlərindən dəm vuran insanlar vəhşi stixiyalı qara qüvvəni xatırladır. Onlar mahiyyətcə qırmızı, libasları isə qaradır. Onlardan üfunətli qoxu gəlir və bu qoxunun adı da dözümsüzlükdür.
“İbrahimbəyovun dostları dedi, düz yazmısan...”
- Son yazın, «Səhranın qara günəşi» hansı zərurətdən yazıldı? Ümumiyyətlə, ehtiyac var idimi bu yazıya?
- Publisist hər zaman ən çox müzakirə olunan, gündəmdə olan mövzulara önəm verir və verməlidir da. Mən qeyri-populyar mövzuya toxunmamışam. Bu gün gündəmdə olan mövzulardan biri də hakimiyyət-İbrahimbəyov problemidir. Mən, sadəcə, bu qarşıdurmanın tarixinə ekskurs edib, təbiətinə bir nəzər yetirdim. Elə bu məqaləmin müqəddiməsində də bu yaralı problemə toxunub-toxunmamaq barəsində özlüyümdə fikir mübadiləsi apardım, çünki məsələyə bu rakursdan yanaşacağının qarşı tərəf üçün ağrısız ötüşməyəcəyinin fərqində idim. Yazının bu qədər sərt reaksiya, etiraя və coşqu ilə qarşılanmasından isə məyus oldum. Məqalədə İbrahimbəyovun şəxsiyyətinə və yaradıcılığına ehtiramımı da izhar edib, heç bir təhqirli fikir işlətməmişəm. Amma müsbət reaksiyalar da oldu. Qeyd edim ki, çox insanlar, o cümlədən Rüstəm İbrahimbəyovun dostlarından da mənə zəng edib bildirdilər ki, sən həqiqəti yazmısan.
Əslində, Rüstəm İbrahimbəyov məsələsi gündəmdə olmayandan sonra mən bunu niyə yazmalıydım ki? Hazırda gündəmdədir ki, bu məsələyə toxunmuşam. R. İbrahimbəyov 2009-cu ilə qədər siyasətdən uzaq olub. Yəni etinasız ziyalı olub. Məndə məqaləmdə bütün bu məsələlərə aydınlıq gətirmişəm. Mən öz mövqeyimi bildirdim və bu adı bir jurnalistin fikirləridir. Bu boyda tozanağa nə ehtiyac vardı, anlamıram.
“Xədicə hökuməti tərifləyirdi”
- Tozanaq qaldıran məqalələrinizdən sonra sizə ən çox hücum edən köhnə həmkarlarınız və işçiləriniz oldu. Bunu necə qarşılayırsınız?
- Bunun da motivi mənə aydın deyil. Görünür, burada psixoloji səbəb var. Yəni bu, ictimai problem deyil, psixoloji problemdir. Görünür, həmin qrupun bir sosial sifarişi var. Bu qrup düşünür ki, Eynulla biz istədiyimiz kimi hərəkət etməlidir. Ancaq mən həmişə müstəqil olmuşam. Həmişə müstəqil və doğru bildiyim qərarları vermişəm və yaradıcılıqla məşğul olmuşam. Çünki, jurnalistika, publisistika özü də bir yaradıcılıqdır. Bu fikirlər tamamilə yanlış bir fikirdir və ictimai rəyi çaşdırmaq üçün cəmiyyətə təqdim edilir. Bəziləri mənim həbsdən çıxıb düşmənçilik aparacağımı gözləyirdilər, amma bu ümidləri özünü doğrultmadı. Mənim heç kimlə düşmənçiliyim yoxdu. Özlərini demokrat adlandırırlar, amma bolşevik və anarxist kimi düşünürlər. Mən hüquq müdafiəçisiyəm, hüquq müdafiəçisi isə heç vaxt hücum etməməlidi.
Mənə həbsdən çıxandan sonra Xədicə İsmayılova və Emin Hüseynov hücum edib. Xədicə İsmayılova məni “Azadlıq” radiosunun studiyasına dəvət edib, sonra da hörmətsiz davranır, mənə hücum edir. Mən də bununla bağlı radionun Praqadakı ofisinə şikayət yazdım. Onlar da etiraf elədilər ki, o proqramda Xədicə İsmayılova özü jurnalist etikasını pozub.
Digər tərəfdən, məgər bu Xədicə İsmayılova “Exo” qəzetinin siyasət şöbəsinin müdiri deyildi? 2005-ci ildə həmin qəzetdə hökumətin siyasətini dəstəkləyən yazılar yazırdı, hökumət tərəfdarı idi. Dünən mövqeyini dəyişib, tənqidi jurnalistə çevrilənlər bu sahənin qocamanlarına yersiz hücum edirlər. Mənim isə buna dözmək fikrim yoxdu.
Emin Hüseynovla bağlı məsələ isə “Obyektiv” TV-nin Elmar Hüseynovun məzarı üstündən hazırladığı reportajda məhz mənim çıxışımı verməməsinə etiraz etməyimlə bağlı olub. O televiziya Emin Hüseynovun özünün və ailəsinin şəxsi televiziyası deyil, Avropa Komissiyasının maliyyələşdirdiyi layihədir. Məndən xoşu gəlmir, özü bilər, amma o orda kimi istəsə montaj edə, kimi istəsə efirə bura bilməz. Əgər belə eləyirsə, onda niyə dövlət televiziyasının monitorinqini aparmaq üçün qrant alıb, onun siyasətini topa tutur?
2004-cü ildə mən həyatımı riskə atıb, “Monitor” jurnalında araşdırma yazıları yazanda Emin Hüseynov şəkil çəkirdi. İndi bir az qrant alıb, elə bilir ki, hər şey edə bilər? Onun o qrantları necə xərcləməsi ilə bağlı məndə ciddi şübhələr var. Hələ mən Avropa Komissiyasının qrantlarının necə talanması ilə bağlı geniş məlumat verəcəm. Məsələn, AzTV-nin monitorinqi üçün Avropa Komissiyasından 320 min avro pul alınıb. Çox gülməlidi, AzTV-də monitorinqə nə ehtiyac var ? O televiziyada nəyin necə olması göz önündədir.
“Şahvələd Çobanoğlu 3 il mənim əlimin altında işləyib”
-Təkcə adını çəkdikləriniz deyil axı, keçmiş iş yoldaşınız Şahvələd Çobanoğlu da sizin Rüstəm İbrahimbəyovla bağlı yazınızdan hiddətlənib...
- Bəzi insanlar mənim Zəfər Quliyevlə bir yerdə işləməyimə qısqanclıqla yanaşırlar. Amma bu, mənim seçimimdir. Mən bu seçimi etmişəmsə, demək mən bu layihədə (“haqqın.az” saytı) başqalarını yox, məhz onu görmüşəm. Şahvələd Çobanoğlu da bunu mənə bağışlaya bilmir. Mən onu yox, Zəfər Quliyevi seçmişəmsə, bu hücuma əsas verməlidir? Bu qədər cılız olub, sonra yekə-yekə demokratiyadan danışanda adamda ikrah hissi oyanır. Bu Şahvələd Çobanoğlu 3 il mənim əlimin altında işləyib, formalaşıb. Tamam başqa işlə məşğul idi, çünki bu sahədə uğur qaza bilməmişdi, onu yenidən jurnalistikaya qaytardım, maliyyə və başqa dəstəklər verdim. 2006-cı ildə isəı bir gün mənim yanımdan çıxıb getmək istədiyini dedi. Səbəbini soruşanda, dedi ki, maaşı qane eləmir. Ona 800 manat maaş verirdim, mən onun maaşını 1000 manata qaldırdım və işdə qaldı. Mənim haqqımda danışan bu insanların qiyməti 1000 manatdır. Min manatlıq insanlar mənimlə bağlı hansısa fikirlər söyləyirlər.
-Sizcə, sizi tənqid edənlər Sizdən nə gözləyirdilər və nə alınmadı?
- Bəlkə düşünürdülər ki, mən bir anlığa Azərbaycanı Yaxın Şərqə çevirəcəm. Amma həmin insanlar dərk etmirlər ki, Azərbaycan və Yaxın Şərq iki fərqli məkandır. Mən də heç vaxt siyasi fəaliyyətlə məşğul olmamışam və olmayacam da. Mənim vəzifəm yalnız təsvir etməkdir. Məni hansıda siyasi proseslərə çəkmək uğursuz bir cəhddir.
-Keçmiş iş yoldaşlarınızı “Haqqın.az” saytına cəlb etmək olmazmı?
- Məndə həmişə “açıq qapı” siyasətidir. Kimsə müraciət edəndə onun məqaləsini dərc edirəm. Saytımızda istər müxalifət, istərsə də hakimiyyət nümayəndəsi ilə müsahibələr gedir. Bu, normal KİV-dir. “Gündəlik Azərbaycan” qəzetində çalışan insanlar digər mətbu orqanlarda özlərinə yer tapdılar. Bir-iki nəfər özünə yer tapa bilmədi ki, bu da mənim günahım deyil.
“İbrahimbəyovun oğlu dedi ki...”
- Yeri gəlmişkən, İbrahimbəyovla şəxsi tanışlığınız olubmu?
- 2005-ci ildə sabiq spiker Murtuz Ələsgərov Milli Məclisdə Elmar Hüseynovun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etmişdi. Maqsud İbrahimbəyov yeganə deputat idi ki, ayağa qalxaraq Elmar Hüseynovun xatirəsinə təhqiramiz fikirlər səsləndirmişdi. Hesab edirəm ki, əsl ziyalı həmin zaman öz qardaşını mühakimə etməli idi. O zaman R. İbrahimbəyovun oğlundan soruşdum ki, Fuad, sənin atan niyə Maqsud İbrahimbəyova etirazını bildirmir? O dedi ki, mənim atam qardaşına çox bağlıdır və ona söz deyə bilməz.
Yadınızda deyil, həmin Maqsud İbrahimbəyov demokratik düşərgə, müxalifət liderləri haqqında nələr yazmırdı? Rüstəm İbrahimbəyov onda buna qarşı niyə etiraz etmirdi?
İndiki hücumlara gəldikdə isə, bir daha deyirəm, bu siyasi sifarişdir. Qeyd edim ki, mən ictimai fikrə müəyyən mənada təsir göstərə bilirəm. Mənim fikirlərim bəzən həmin siyasi qüvvələrin fikirləri ilə üst-üstə düşməyəndə onlar, yəni siyasi sifarişlə hərəkət edənlər mənzərə yaratmaq istəyirlər ki, guya mən siyasi sifarişlə hərəkət edirəm.
Mirşahin başqa operadır
- Bu sual bəlkə də sizə qəribə görünəcək. Amma, istərdinizmi Mirşahinlə bir yerdə şəkiliniz olsun?
- Bu haqda heç fikirləşməmişəm. Məndə müştəbehlik yoxdur. Heç zaman öz şəkillərimi axtarmamışam, dəyərli fikirlər axtarmışam.
Əslində bu hay-küy qoparanların siyasi sifarişlə məşğul olanların kimliyi də mənə bəllidir. Onlar siyasi sifarişlə məşğul olurlar, mən yox.
- Bu siyasi sifariş kimə lazımdır, müxalif qüvvələrə?
- Mən hələlik bu suala aydın cavab tapa bilmirəm. Zənnimcə, burda siyasi qüvvələrin də maraqları yox deyil.
- Yazarların çoxunun siyasi mənsubiyyəti yoxdur axı?
- Məsələn, kimin?
- Məsələn, Şahvələdin.
- Vacib deyil ki, kimsə hansısa siyasi partiyanın vəsiqəsini cibində gəzdirsin. Mən hesab edirəm ki, jurnalist sərbəst, müstəqil olmalıdır. Siyasi partiyadan asılı olmayaraq. Bunlar mənfi enerjilərini çıxartmaqla məşğuldurlar. Və mən hələ də bu münasibətin hardan qaynaqlandığını bilmirəm. Təkcə adını çəkdiyiniz adam deyil. Bunlar qrup şəklindədirlər. Orda Xədicə İsmayılova da var, Emin Hüseynov da.
- Mirşahin də?
- Yox, Mirşahin başqa operadır. Bayaq adlarını qeyd etdiyimiz insanlar isə sadəcə bolşeviklərdir.
Səbuhi MƏMMƏDLİ

1132