Anar Yusifoğlu və Elşad Miri jurnalistika məktəbində-FOTO
29 iyul 2012 21:05 (UTC +04:00)

Anar Yusifoğlu və Elşad Miri jurnalistika məktəbində-FOTO

Azərbaycan Tədris Akademiyasının Jurnalistika Məktəbinində İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu və ilahiyyatçı alim Elşad Miri ilə görüş keçirilib.

Lent.az-ın xəbərinə görə, görüşdə gənc jurnalistlərinin sualları cavablandırılıb.

Müzakirələr zamanı A. Yusifoğlu jurnalistika ilə bağlı bəzi fikirlərini də bölüşüb. O deyib ki, jurnalistika sahəsində mütləq ixtisaslaşma olmalıdır: “Bu, həm aparıcılara aiddir, həm də jurnalistlərə. Çox təəssüf ki, bizdə özünü bənzətmə halları daha çoxdur. Məsələn, Qərb ölkələrində hesab edirlər ki, jurnalist çox yaşlı olmalıdır ki, izləyici və ya dinləyicilər ona inansın. Amma jurnalistin yaşı önəmli deyil. Vacib məsələ istənilən yaşda o inamı qazanmaqdır. ANS-dən çox yaxşı tanıdığımız, illərin jurnalisti Mirşahin. Əvvəllər məhz onun verdiyi xəbərə hər kəs inanırdı. Mirşahinin onda bəlkə də heç 30 yaşı yox idi. Onda Qərb məktəbinə istinad edib deməliyik ki, indi ona daha çox inanmalıdırlar. Çünki, yaş artıb, eyni zamanda təcrübə, peşəkarlıq və s. Amma vəziyyət fərqlidir”.

A.Yusifoğlu mediada yalnız jurnalistika fakültəsinin məzunlarının çalışmalı olması ilə bağlı qənaətləri bölüşmədiyini bildirib: “Hazırda televiziyalarımızda çalışan əksər peşəkar jurnalistlər, ümumən jurnalistikaya aidiyyatı olmayan fakültələrin məzunlarıdırlar. Demək peşəkar olmaq üçün hətta aldığın təhsilin, ixtisasın və yaşın önəmi yoxdur. Əvvəllər hətta jurnalistlər üçün geyim də düşünülmüşdü. Rəsmi geyim çərçivəsindən kənara çıxmaq qeyri-mümkün idi. Lakin, zaman keçdikcə anladılar ki, jurnalist idman stilində də görünə bilər. Müxtəlif məkan çəkilişləri, dinamik iş və s. Bu stildə jurnalist özünü daha rahat hiss edir. Deməli, zamanla bərabər tələblər də dəyişir. Vacib məsələ istənilən halda peşəkar ola bilməkdir”.

Televiziyalarda reytinq xatirinə şou-proqramların gün-gündən çoxalması haqda sualı İTV təmsilçisi belə cavablandırıb: “İTV reytinq deyil, əxlaq, mənəviyyat dalınca qaçır. Bəli, Azərbaycan tamaşaçısı bu gün çlpaq bədən görmək istəyir. Hansısa müğənni bizim televiziyaya gələndə ədəbli geyinir və reytinq ən çoxu 6-7 olur. Ancaq başqa kanalda yarıçılpaq görünəndə reytinq 2 qat artıq. İstənilən halda reytinq və peşəkarlıq tam fərqli anlayışlardır. Populyar olmaq peşəkar olmaq demək deyil!”

Dinşünas Elşad Miri isə dini mövzularla bağlı polemikalara olan dözümsüzlükdən şikayətlənib: “Mən dini mövzularda televiziyada çıxış edəndən sonra özümə dostdan daha çox düşmən qazanmağa başladım. Keçmişdə də, elə indinin özündə də cəmiyyətdə dini baxımdan maariflənməyə bir növ aclıq var. Dini mövzuların televiziyada gündəmə gətirilməsinə çox ehtiyac var”. E. Miri bu sahədə İTV-nin müzakirələrə daha açıq olduğunu da vurğulayıb.

E. Miri dini maarifləndirmə işidə Qafqaz Müsəlmanları İdarəsinin passiv fəaliyyətini də tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641

Oxşar yazılar