Qüdrət Həsənquliyev: “İranın arzusu Azərbaycanda marionet hökumət görməkdir”
0
0
“Azərbaycan gücləndikcə, iqtisadi gücü artdıqca bu, İranı narahat edəcək. İran Azərbaycan torpaqlarını işğal edən Ermənistanla iqtisadi, siyasi, hətta hərbi əməkdaşlığını gündən-günə gücləndirir, Ermənistanın iqtisadi baxımdan ayaq üstə durmasına yardım edir. Bütün bu məsələlərin təməlində dayanan əsas amil isə İranın Azərbaycanın müstəqilliyi ilə barışmamasıdır. İran orada yaşayan azərbaycanlıların nə vaxtsa oyana biləcəklərindən narahatdır. Fars-molla rejiminin niyyəti Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmək, faktik olaraq onu öz maraqlarına uyğun yönəltmək, burada müstəqil siyasət yürüdə bilməyən, marionet bir hökumət görməkdir”.
Lent.az-ın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı dini ideologiya ilə yüklənmiş bir hakimiyyətin, xüsusilə də islam fundamentalizmini özündə ehtiva edən bir rejimin əsil mahiyyətini yaxşı görür və belə çağırışlara qarşı özünün sərt təpkisini göstərir.
Keçmiş prezident Ayaz Mütəllibovun Azərbaycana gəlişinə də münasibət bildirən Q. Həsənquliyev hesab edir ki, Ayaz Mütəllibovun vətənə qayıtması üçün Azərbaycan prezidenti tərəfindən kişiyana qərar qəbul olunub: “Hər kəs kimi mən də bu addımı alqışlayıram və hesab edirəm ki, belə bir imkan ona yaradılmalı idi. Amma düşünürəm ki, illərin keçməsindən asılı olmayaraq öz ölkəsinə, xalqına qarşı bu və ya digər dövləti cinayətlər törətmiş şəxslər yalnız müvafiq məhkəmə qərarlarından sonra əfv edilə bilərlər. Bizim cinayət qanunvericliyimiz bunu tələb edir. Bir qrup insan, hansılar ki, Ayaz Mütəllibovun tərəfdalarıdırlar, onlar onun Bakıda yenidən cinayət məsuliyyətinə cəlb olunmamasını istəyirlər”.
BAXCP sədrinin fikrincə, Azərbaycan hökuməti belə bir addım atarsa onda bu, ölkənin qanunlarla idarə olunmaması təəssüratını yaradar. Və çox ciddi nəticələrə gətirib çıxara biləcək presedentə yol açar: “Belə bir hal olarsa, bəzi siyasətçilər dövləti cinayətlər törətməkdən çəkinməzlər. Düşünərlər ki, ən pis halda ölkəni tərk edəcək və 20 ildən, hər şey unudulduqdan sonra vətənə qayıdacaqlar. Cinayət Məcəlləsinin 74 və 75-ci maddələrində cinayət məsuliyyətindən azadolma halları var. Orada da ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin şəraitin dəyişməsilə cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulmur. Mütəllibov həm bu baxımdan, həm də axtarışda olduğuna görə cinayət məsuliyyətindən azad oluna bilməz”.
A. Mütəllibovun Azərbaycana qayıdış vaxtının bitməsindən sonra istintaq orqanlarına gedib sualları cavablandıra biləcəyini söyləyən BAXCP sədri hesab edir ki, Mütəllibov kimi insanlar, hətta ömürlərinin sonuna çox az bir müddət qalmalarına baxmayaraq, ədalət məhkəməsi qarşısında dayanmalıdırlar”.
Bu gün Mütəllibovun siyasi motivlərlə həbs olunduğunu deyənlərin vaxtilə onun üzərinə zirehli texnika ilə getdiklərini vurğulayan deputat həmin insanların özlərini belə aparmasına səbəb kimi onu göstərir ki, guya Mütəllibovun Azərbaycandan Moskvaya qaçmasında AXC hakimiyyətinin rolu olmayıb: “Onun siyasi motivlərlə həbs olunmasını gündəmə gətirən insanlar siyasi riyakarlığın ən bariz nümunəsini göstərirlər. Belə insanlar elə zənn edirlər ki, qısa müddət ərzində hər şey unudulur, tarix yaddan çıxır”.
Q. Həsənquliyev deyib ki, AXCP sədri Əli Kərimli Ayaz Mütəllibovun hakimiyyəti zamanı - 1991-ci il aprelin 27-də Bakı Dövlət Universitetinin qarşısında mitinq keçirməyin əleyhinə olub, hətta buna görə AXC sıralarından çıxmaq barədə ərizəsini Qəzənfər Əhmədoğluna təqdim edib: “O zaman hamı bilirdi ki, onun hüquq fakültəsinin komsomol təşkilat katibi kimi rektor Mirabbas Qasımovla sıx əlaqələri var idi. Rektorun isə Ayaz Mütəllibovla yaxınlığı hər kəsə bəlli idi. 1990-cı ilin yanvarında Əli Kərimlinin Müdafiə Komitəsinin üzvü kimi vəsiqəsinin "Krasnaya zvezda" qəzetində çap olunması, amma həmin dövrdə bu faktın araşdırılmaması əslində bu gün də onunla bağlı bir çox şübhələri artırır. Mən əminəm ki, Mütəllibov Bakıya düşən kimi gedib Heydər Əliyevin qəbrini ziyarət etsəydi, mərhum prezidentin fəaliyyəti ilə bağlı açıqlamalarını həmin gün versəydi, nə Mütəllibovun siyasi rəqibləri tərəfindən təqib olunması ilə bağlı söz-söhbət dolaşacaqdı, nə də "Bizim yol" qəzetində o fikir səslənməyəcəkdi. Bu məsələdə yenə də həmin adamlar yanıldılar. Ölkədən qovuduqları bir adamın timsalında özlərinə müttəfiq axtarmaqla özlərini biabır etdilər”.