Bəhreyndə SEPAH casusları  saxlanıldı
12 mart 2026 14:16 (UTC +04:00)

Bəhreyndə SEPAH casusları saxlanıldı

0

Bəhreynin Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluqda şübhəli bilinən dörd vətəndaşın saxlanıldığını açıqlayıb. Beşinci şübhəli isə ölkə xaricindədir və onun kimliyi artıq müəyyən edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, saxlanılan şəxslərdən biri SEPAH-ın tapşırığı və digərlərinin köməyi ilə Bəhreyn ərazisində yerləşən strateji obyektlərin fotolarını çəkərək onların koordinatlarını qeydə alıb. Toplanan məlumatlar şifrələnmiş proqram təminatı vasitəsilə ötürülüb.

Saxlanılan şəxslərə qarşı cinayət işi başlanıb və onlar prokurorluğa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar