Azərbaycanın hərbi paradları - XRONİKA
Artıq Bakı şəhərində hazırlıqlarına başlanmış bu hərbi paradın iştirakçılar sayına və nümayiş etdiriləcək hərbi texnikalar və silahlarına görə ən böyük və möhtəşəm parad olacağı söylənilir.
Paradın keçirilməsi barədə qərar aprel ayında qəbul edilib və hazırlıq işləri isə may ayının sonlarından başlanıb. Artıq hazırlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri bir neçə dəfə Bakı səmasında təlim uçuşlarını həyata keçiriblər.
Hələlik Müdafiə Nazirliyi paradın keçiriləcəyi tarix, orada iştirak edəcək şəxsi heyət və hərbi texnika ilə bağlı bir məlumat vermir. Lakin bəlli olan xəbərlərə görə, parada Azərbaycan Silahlı Qüvvələrinin bütün strukturları qatılacaqlar. Müdafiə Nazirliyindən başqa, paradda Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin, Sərhəd Xidməti və Daxili Qoşunların da hərbçiləri kolonlar halında keçid edəcəklər.
Azərbaycanın hərb tarixində hərbi paradların keçirilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. İlk mütəşəkkil hərbi parad 1918-ci il sentyabrın 15-də Bakıda təşkil olunub. İndiki Sahil bağı ərazisindəki “İstiqlal” adlanan meydanda keçirilən hərbi parad Bakının bolşevik-daşnak qüvvələrinin işğaldan azad olunması gününə təsadüf edib. O zaman hələ tam formalaşmamış Azərbaycan Ordu birləşmələri ilə yanaşı Qafqaz İslam Ordusunun əsgərləri bu parada qatılıblar. Paradı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və hərbi nazir Səməd bəy Mehmandarov qəbul edib.
Azərbaycanın ikinci hərbi paradı isə 1919-cu il Novruz bayramı günündə Gəncə şəhərində keçirilib. Bu paradda həbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əlağa Şıxlinski və Azərbaycanın hökumət rəsmiləri iştirak edib. Bu paradın yeniliyi orada 1918-ci ildə Nuru Paşanın təşəbbüsü ilə qurulmuş Azərbaycan hərbi məktəbinin müəllim və kursantlarının keçid etməsi idi. Həmin paradda Azərbaycan Ordusunun qərb bölgəsindəki alaylarından bir neçəsi də keçid edib.
Sovetlər birliyi dönəmində Bakıda müntəzəm olaraq hərbi paradlar keçirilsə də bu paradlar əsasən ya hərbi məktəbin kursantlarının, ya da Qırmızı Ordunun Bakı qarnizonundakı birləşmələrinin iştirakı ilə baş tutub. SSRİ bayrağı altında və rus dilində keçirilən həmin paradlar respublika əhəmiyyətli sayılmayıb.
Azərbaycan diviziyaları 1941-ci ilin noyabr ayında və 1945-ci il iyunun 24-də Moskvada Qızıl Meydanda keçirilən hərbi paradlarda iştirak edib.
1991-ci il oktyabr ayının 9-da yaradılışı elan olunan Azərbaycan Silahlı Qüvvələri bir il sonra Bakı şəhərində ilk hərbi paradını keçirib. O zaman hələ güclü maddi-texniki bazası olmayan Azərbaycan Ordusu “Azadlıq” meydanında baş tutan paradda əsasən “Əsgər marşı” sədaları altında könüllü briqadaların şəxsi heyəti, ruslardan təhvil alınmış bir neçə ədəd BM-21 “Qrad” qurğusu, S-75 və S-125 raketləri, BTR, BMP transportyorları və bir neçə ədəd T-72 tankı ilə keçib. Havadan isə Azərbaycan ordusuna məxsus helikopterlərdən paraşütlə meydana desant endirilib. Həmin paradı dövrün müdafiə naziri Rəhim Qazıyev üzəri açıq avtomobildə qarşılayıb. Paradı tribunada sabiq prezident Əbülfəz Elçibəy, müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov qəbul edib. 1992-ci il hərbi paradında Türkiyədən yüksək rütbəli hərbçilər və hökumət rəsmiləri də iştirak edib.
Müasir Azərbaycan tarixinin ən yadda qalan və genişmiqyaslı paradı isə 2008-ci ildə Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən qəbul edilib. Həmin parada Azərbaycan Silahlı Qüvvələrinin bütün strukturları qatılıb. Həmçinin parad dənizdən və havadan dəstəklənib. Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Sərhəd Qoşunları və Daxili Qoşunların iştirak etdiyi parad barədə Ali Baş Komandana müdafiə naziri general-polkovnik Səfər Əbiyev məruzəni edib. 16 illik “susqunluqdan” sonra 2008-ci ildə keçirilmiş hərbi paradının debütləri daha çox olub. Bunlardan birincisi müasir atıcı silahlarla silahlanmış xüsusi təyinatlı qüvvələr ictimaiyyətə nümayiş olunması idi. Paradda Azərbaycan hərbi aviasiyasının son illərdə aldığı dördüncü nəsil döyüş təyyarələri – MiQ-29-lar, pilotsuz aparatlar, Quru Qoşunlarının “Toçka-U” taktik raket sistemləri, “Smerch”, İsrail istehsalı olan “Lynx LAR”, “Lynx Extra” reaktiv yaylım atəş sistemləri bu debütlər sırasında yer alıb.
Son iki ildə Azərbaycan hərbçiləri iki xarici ölkədə keçirilən hərbi parada da qatılıb. Bunlardan birincisi 2010-cu ildə Rusiyada faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş Qələbə paradı idi. Bu paradda Azərbaycan hərbçiləri Azərbaycan Dövlət bayrağı altında Qırmızı Meydanda tribuna önündən keçid edib. Digər parad isə bir neçə həftə əvvəl İtaliyada keçirilib.
Hazırlığı davam etdirilən sayca beşinci hərbi paradın da debütləri olacaq. Burada ilk dəfə olaraq Azərbaycan ordusunun inventarında olan milli silah və hərbi texnikaların nümayişi gözlənilir. Bundan başqa, hazırda adları ictimaiyyətə açıqlanmayan bir neçə yeni silah və hərbi texnikanın da nümayiş olunacağı bildirilir.
Rəşad

3565